Bu gündən 1 milyon manatdan çox qalıq vəsaiti olan mikro sahibkarlar əmlak vergisi ödəyəcək

Bu gündən 1 milyon manatdan çox qalıq vəsaiti olan mikro sahibkarlar əmlak vergisi ödəyəcək
01:12 1 Yanvar 2020
74 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən Azərbaycanda mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan çox olan mikro sahibkarlar əmlak vergisi ödəməli olacaqlar.
“Report” xəbər verir ki, bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.
Buna əsasən, müəssisənin mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyonmanatdan artıq olduğu halda, həmin müəssisə ümumi qaydada əmlak vergisini hesablayıb ödəməlidir. Göründüyü kimi, müəssisənin balasında olan avadanlığın əvvəlki ilin sonuna qalıq dəyəri 1 milyon manatdan artıq olduğundan, mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlak vergisi üzrə azadolma sizin müəssisəyə şamil olunmur.
Xatırladaq ki, indiyə qədər qüvvədə olan qaydalara görə, mikro sahibkarlıq subyekti olan bütün şəxslər əmlak vergisi ödəməkdən azad olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/1-milyon-manatdan-cox-qaliq-vesaiti-olan-mikro-sahibkarlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR