İbrahimoviçin təqdimat tarixi bilindi

İbrahimoviçin təqdimat tarixi bilindi
01:32 1 Yanvar 2020
83 İdman
Ölkə mətbuatı
A- A+

Zlatan İbrahimoviçin "Milan"da rəsmi təqdimatı 2020-ci ilin 3 yanvarında yerli vaxtla saat 10:00-da olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "rossoneri" ilə hücumçunun razılaşması 2019/20 mövsümünün sonuna kimi nəzərdə tutulub. Razılaşmanın daha bir mövsüm də uzadılması mümkündür.

Yanvarın 2-də 38 yaşlı isveçli tibbi müayinədən keçmək üçün Milana gələcək.

Xatırladaq ki, İbrahimoviç "Milan"da 2010-cu ildən 2012-ci ilə qədər çıxış edib. Hücumçu "qırmızı-qaralar"la birlikdə İtaliya A seriyasının çempionu olub və İtaliyanın Superkubokunu qazanıb. O, klubda keçirdiyi 85 matçda 56 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/814868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR