Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alan var

Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alan var
02:12 1 Yanvar 2020
27 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində baş verib.
Belə ki, “VAZ 2107” markalı 42 BU 807 dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes-Sprinter” markalı mikroavtobus toqquşub.
Qəzada “VAZ 2107” markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü, Lənkəran rayonunun Göyşaban kənd sakini Vasif Həmid oğlu Qurbanov ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinələrdən sonra ona sirkə kasası-çanaq sümüyünün sındığı məlum olub.
Vəziyyəti ağır qiymətləndirilən yaralının müalicə üçün Bakıya aparılacağı bildirilir.
Qəzanın baş vermə səbəbi araşdırılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-mikroavtobusla-minik-avtomobili-toqqusub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR