Türkiyə klubu baş məşqçisiz qaldı

Türkiyə klubu baş məşqçisiz qaldı
03:53 1 Yanvar 2020
85 İdman
Ölkə mətbuatı
A- A+

"Antalyaspor" baş məşqçisi Stepan Tomasla yolları ayırıb.

Publika.az xəbər verir ki, xorvat mütəxxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Komandanın uğursuz çıxışı səbəbindən bu qərar verilib.

Qeyd edək ki, S.Tomas noyabrın 15-dən Türkiyə Superliqa təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 3 heç-heçə edib, 3 məğlubiyyət görüb.

Xatırladaq ki, "Antalyaspor" ölkə çempionatının turnir cədvəlində 14 xalla 16-cı pillədə qərarlaşıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/300737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR