İraq prezidenti ABŞ səfirliyinin qarşısındakı iğtişaşları pisləyib

İraq prezidenti ABŞ səfirliyinin qarşısındakı iğtişaşları pisləyib
05:32 1 Yanvar 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

İraq prezidenti Bərham Saleh ABŞ-ın Bağdaddakı səfirliyinin qarşısında baş verən iğtişaşları pisləyib.
“Report” un məlumatına görə, dövlət başçısının bəyanatını “Reuters” agentliyi yayıb.
B. Saleh bildirib ki, Amerika səfirliyinin ərazisinə daxil olmaq cəhdi beynəlxalq müqavilələrin pozulmasıdır.
“ABŞ-ın Bağdaddakı səfirliyinə qanunsuz daxil olmaq cəhdi, İraq hökumətinin imzaladığı beynəlxalq protokol və sazişlərin pozulması deməkdir”.
İraq prezidenti, həmçinin İraq təhlükəsizlik qüvvələrini xarici nümayəndəlikləri qorumağa çağırıb və etirazçıların ABŞ səfirliyini tərk etmələrini istəyib. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raq-prezidenti-abs-sefirliyinin-qarsisindaki-igtisaslari-pisleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR