Abraham "Çelsi"dən ayrılmaq istəyir

Abraham "Çelsi"dən ayrılmaq istəyir
08:32 1 Yanvar 2020
73 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin futbolçusu Temmi Abraham London təmsilçisi ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu "zadəganlar"la yeni sözləşmənin şərtlərində razılığa gələ bilmir. Abraham komanda yoldaşı Kallum Hadson-Odoi kimi həftəlik 180 min avro qazanmaq istəsə də, "Çelsi" bu məbləği vermək istəmir.

2022-ci ilə qədər müqaviləsi olan Abraham, bu səbəbdən "zadəganlar"a "yox" deyib. Hücumçu bu mövsüm 27 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/814874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR