ABŞ Bağdaddakı səfirliyini qorumaq üçün İraqa əlavə qüvvələr göndərib

ABŞ Bağdaddakı səfirliyini qorumaq üçün İraqa əlavə qüvvələr göndərib
08:42 1 Yanvar 2020
56 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Bağdaddakı səfirliyinin əməkdaşlarına dəstək üçün İraqa əlavə qüvvələr göndərib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Mark Esperin bəyanatında deyilir.

M.Esper bildirib: "Amerika vətəndaşlarının, bu ölkədəki hərbi və diplomatik heyətin təhlükəsizliyini, özünümüdafiə hüququmuzu təmin etmək üçün müvafiq tədbirlər görmüşük. Səfirliyin əməkdaşlarına dəstək üçün əlavə qüvvələr göndərdik. Bütün ölkələr kimi, biz də hesab edirik ki, ev sahibi olan ölkənin qüvvələri bizim heyətimizin təhlükəsizliyini təmin edəcək. İraq hökumətini müvafiq beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq".

Nazirin sözlərinə görə, Pentaqon bu məsələ ilə bağlı Dövlət Departamenti ilə sıx işləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR