Bu gündən Azərbaycanda yaşayış minimumu 190 manat olub

Bu gündən Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat müəyyən olunub.

Metbuat.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları təsdiq edib. 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunub.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilib.

Qanunlar 2020-cı il yanvarın 1-dən qüvvəyə minib.(BAKU.WS)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR