Tramp İranla müharibə istəmədiyini bildirib

Tramp İranla müharibə istəmədiyini bildirib
10:22 1 Yanvar 2020
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranla silahlı münaqişəyə girmək istəmir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Floridada jurnalistlərə açıqlamasında deyib.

D.Tramp bildirib: "Mən bunu istəyirəm? Xeyr. Mən istəyirəm ki, sülh olsun. Mən sülhü sevirəm".

ABŞ prezidenti İranın "hamıdan daha çox" sülh üçün səy göstərməli olduğunu qeyd edib: "Buna görə bu münaqişənin olacağını düşünmürəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3172061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR