Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Leyla Əliyeva “Instagram”da paylaşım edib:
“Əziz dostlar, sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirəm!
Sizə xoşbəxtlik, cansağlığı, işlərinizdə uğurlar və bol-bol sevgi diləyirəm! Arzu edirəm ki, biz birlikdə çoxlu xeyirxah işlər görək, qəlbimizin səsini dinləyək və bir-birimizə ən gözəl diləklərimizi ünvanlayaq". (baku.ws)