Kamçatka sahillərində 5.6 bal gücündə zəlzələ baş verib

Kamçatka sahillərində 5.6 bal gücündə zəlzələ baş verib
10:29 1 Yanvar 2020
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kamçatka sahillərində 5.6 bal gücündə zəlzələ baş verib, zərər çəkən və sunami təhlükəsi yoxdur.

Trend-in məlumatına görə, zəlzələ 40 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 130 kilometr şərqdə yerləşib.

Rusiyanın FHN-in xilasediciləri, yanğınsöndürənləri və yerli idarələrin əməliyyat qrupları yeraltı zərbə olan yaşayış məntəqələrindəki sosial əhəmiyyətli obyektləri və digər binaları yoxlayır. Əməliyyat qruplarından gələn məlumata görə, dağıntılar, qurbanlar və yaralananlar yoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3172072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR