Emomali Rəhmon: Tacikistanda hər nəfər ildə azı beş kitab oxumalıdır

Emomali Rəhmon: Tacikistanda hər nəfər ildə azı beş kitab oxumalıdır
10:32 1 Yanvar 2020
71 Dünya
Ölkə mətbuatı
A- A+

Tacikistanda hər nəfər ildə azı beş kitab oxumalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda fikirlərini ölkənin Prezidenti Emomali Rəhmon parlamentə illik müraciətində səsləndirib.

Dövlət başçısı deyib ki, ölkədə kitab oxuyanların faizi, həmçinin kitab satışı xeyli aşağı düşüb və bu, narahatlıq doğurur.

Emomali Rəhmon əlaqəli təşkilatlara əhalinin mənəviyyatının yüksəldilməsi üçün bədii ədəbiyyatın çapını artırmağı, kitabxanaların yenidən qurulmasını və yeni çap edilən bədii ədəbiyyatla təmin olunmasını tapşırıb. Prezident deyib ki, bu məsələ çox ciddi şəkildə nəzarətə götürüləcək.

Emomali Rəhmon vurğulayıb ki, tacik xalqının tarixini dərindən öyrənmək məqsədilə Prezident Fondunun vəsaiti hesabına ölkədəki hər ailə akademik Babacan Qafurovun "Taciklər" tarixi kitabını pulsuz əldə edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR