Leyla Əliyeva: “2020-ci il möcüzələr ili olacaq!” - FOTO

Leyla Əliyeva: “2020-ci il möcüzələr ili olacaq!” - FOTO
10:48 1 Yanvar 2020
130 Şou
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, Leyla Əliyeva instaqramda bayram fotosunu paylaşaraq gələn ilin möcüzələrlə dolu olacağına inandığını qeyd edib:

“Əziz dostlar, sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirəm! Sizə xoşbəxtlik, cansağlığı, işlərinizdə uğurlar və bol-bol sevgi diləyirəm! Arzu edirəm ki, biz birlikdə çoxlu xeyirxah işlər görək, qəlbimizin səsini dinləyək və bir-birimizə ən gözəl diləklərimizi ünvanlayaq. Allah sizi qorusun və dünyada əminamanlıq hökm sürsün! Hər birinizə təşəkkür edirəm! 2020-ci il möcüzələr ili olacaq!”


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/300764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR