Metroya pirotexniki vasitə atanlar tutuldu - RƏSMİ

Bakı metrosunda qatar relslərinə pirotexniki vasitələr atan şəxslər saxlanılıb.

Metbuat.az bildirir ki, bu barədə BAKU.WS-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının peşəkarlığı, sayıqlığı və operativliyi sayəsində metropolitendə bu kimi hallara yol verən və istifadə qaydalarını pozmağa cəhd edən sərnişinlərə qarşı müvafiq tədbirlər görülür:

"Bunun nəticəsi olaraq, stansiya və keçidlərdə pirotexniki vasitələrdən istifadə etmiş 3 sərnişin saxlanılıb. Bunlar 1998-ci il təvəllüdlü Yardımlı rayon sakini Vüqar Hüseynli, 1996-cı il təvəllüdlü Sumqayıt sakini Şahin Abbasov, 1998-ci il təvəllüdlü Zəngilan rayon sakini Rövşən Məmmədovdur. İstifadə qaydalarını pozmuş şəxslərlə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Bir daha sərnişinləri metropolitendən istifadə qaydalarına riayət etməyə çağırır və bildiririk ki, "Bakı Metropoliten" QSC və Bakı Metropolitenində Polis Şöbəsi sıx əməkdaşlıq şəraitində sərnişinlərin metropolitendən təhlükəsiz və rahat istifadə etməsi üçün bütün tədbirləri görüb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR