Trampla İraqın Baş naziri arasında telefon danışığı olub

Trampla İraqın Baş naziri arasında telefon danışığı olub
11:05 1 Yanvar 2020
61 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Trampla İraqın Baş naziri Adel Abd əl-Mehdi arasında telefon danışığı baş tutub. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə  Ağ Ev məlumat yayıb.

Bildirilib ki, iki ölkə liderləri regional təhlükəsizlik mövzularını müzakirə ediblər. 

Danışıq əsnasında Tramp ABŞ-ın İraqdakı heyət və obyektlərinin qorumasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötən gün İraqda "Əl-Həşd aş-Şaabi" şiə qruplaşmasının yüzlərlə tərəfdarı ABŞ səfirliyinin ərazisinə daxil olub, səfirliyin əsas giriş qapısını və səfirliyi əhatə edən divarları yandırıblar. Səfirliyin mühafizə xidmətinin əməkdaşları və polis aksiyaçılara qarşı gözyaşardıcı qaz tətbiq edib, havaya atəş açıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR