Əfqanıstanda "talibançı"ların hücumu zamanı 8 polis həlak olub

Əfqanıstanda "talibançı"ların hücumu zamanı 8 polis həlak olub
11:17 1 Yanvar 2020
56 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın "talibançı"ların Balh əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücumu zamanı səkkiz yol polisi həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.
Əyalətin yol polisinin komandiri Favad Salehi KİV-ə bildirib ki, Balhın eyniadlı rayonunda polis postuna hücum gecəyarı baş verib. Hücum zamanı nəzarət-buraxılış məntəqəsində 14 nəfər olub. Onlardan 6-ı sağ qalıb.
Mənbə telekanala bildirib ki, "talibançı"lar asayiş keşikçilərinə bir sıra casusların köməyi ilə hücüm ediblər. "Taliban" hücum və polislərin həlak olması haqqında xəbəri şərh etməyib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-talibanci-larin-hucumu-zamani-8-polis-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR