Məşhur serial şirkəti azərbaycanlı aktyorun qarşısında ŞƏRT QOYDU - FOTO

Məşhur serial şirkəti azərbaycanlı aktyorun qarşısında ŞƏRT QOYDU - FOTO
11:53 1 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

TürkiyəRusiyanın ortaq istehsalı olan "Rus qul" serialında rol alan aktyor Kamran Ağabalayevə şərt qoyulub.

Publika.az xəbər verir ki, bu barədə kino ulduzu özü instaqramda məlumat verib.

"Bir gün döyüşdə bütün əsgərlərini itirən birinin dramı avqust ayında başladı. Ta dekabr ayının son günlərinə və fevrala qədər davam edəcək. Mənsə bu müddət ərzində 16 kq çəki vermək məcburiyyətindəyəm".

Kamran Ağabalayev sonda onu da qeyd edib ki, "Rus qul" serialı və "Ağ-qara" televiziya layihəsi karyerasında bu günə qədər ən önəmli layihələrdir.

Qeyd edək ki, Xalq artisti Pərviz Məmmədrzayevin də rol aldığı tarixi janrda olan ekran işinin ilin ən möhtəşəm seriallarından biri olacağı gözlənilir.

Məlumat üçün bildirək ki, serialda türk, rus və gürcü aktyorlar da yer alıb. Layihənin rejissoru Elena Deniseviçdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/300759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR