Bayram gecəsi sərnişinlərin daşınması üçün əlavə avtobuslar ayrılıb

Bayram gecəsi sərnişinlərin daşınması üçün əlavə avtobuslar ayrılıb
12:29 1 Yanvar 2020
42 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bayram gecəsi şəhərdə artan sərnişin və nəqliyyat axınının idarə olunması məqsədi bir sıra tədbirlər həyata keçirilib. Nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasını təmin etmək üçün Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzində qərargah yaradılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, axşam saatlarında nəqliyyat axınının artması səbəbindən mərkəzi küçələrdə svetoforların vaxt planlanmasında dəyişiklik edilib. Əsas nəqliyyat yükü daşıyan küçə və prospektlərdə svetoforlara "yaşıl dalğa" əmri verilib.

Sıxlıq müşahidə olunan yollarda müntəzəm marşrut xətti üzrə avtobusların sərbəst keçidini təmin etmək üçün DYP-la birgə tədbirlər görülüb.

Atəşfəşanlıq bitdikdən sonra Dənizkənarı Milli parkdan gələn vətəndaşların müxtəlif istiqamətlədə daşınması məqsədi ilə isə metro stansiyalarının ətrafına müvafiq marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilib. Sərnişindaşımaya nəzarət üçün Bakı Nəqliyyat Agentliyinin mobil qrupları müxtəlif ərazilərə cəlb edilib.

Piyadaların və sərnişinlərin rahat hərəkətini təmin etmək üçün qanunsuz parklanmalara qarşı tədbirlər də görülüb. Avtobus dayanacaqlarını zəbt edən minik avtomobillərinə qarşı mübarizə tədbirləri həyata keçirilib. Nəticədə avtobusların dayanacaq məntəqələrinə rahat daxil olması və çıxması təmin edilib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi bayram tətili günlərdində də işini xüsusi rejimdə davam etdirəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3172107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR