24 il sonra gələn xoşbəxtlik (FOTO)

24 il sonra gələn xoşbəxtlik (FOTO)
07:16 17 Yanvar 2015
211 Digər
Ölkə mətbuatı
A- A+

Çində maraqlı ailə hekayəsi yaşanıb.

ANS PRESS-in məlumatına görə, Çində 24 il əvvəl oğlunu itirən ata övladına qovuşub. Hadisə Çinin cənubunda yerləşən Sixuan bölgəsinin Çenqdu şəhərində baş verib. Atası ilə bazara gedən 4 yaşlı Sun Bin diqqətsizlik nəticəsində yolunu azıb. Təlaş içində ata bazarı gəzsə də oğlunu tapa bilməyib. Hadisədən illər ötür və çatəsiz ata bütün ümidlərini itirir.

Balaca uşaq isə başqası tərəfindən ələ keçirilərək övladı olmayan bir ailəyə 500 dollar müqabilində satılır.

Həqiqi evlərindən 600 min kilometr uzaqlıqda yerləşən Xuzhou şəhərində başqa bir ailədə böyüyən Sun Bin 28 yaşına çatdıqda axtarışlara başlayır və bir müddətdən sonra istəyinə çatır.

24 illik ayrılıqdan sonra Sun Bin atası ilə görüşür. 45 yaşlı ata oğlunu qucaqlayarkən göz yaşlarına hakim ola bilmir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR