Həkimlər xəstəni yandırdı, tibb bacıları isə ... - İNANILMAZ ƏMƏLİYYAT

Həkimlər xəstəni yandırdı, tibb bacıları isə ... - İNANILMAZ ƏMƏLİYYAT
12:38 1 Yanvar 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

Həkimlər əməliyyat zamanı mədəaltı vəzi xərçəngi olan qadının bədəninin 40 faizini yandırıblar.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Rumuniyada qeydə alınıb.

Xəstə dezinfeksiyaedici ilə sterilizasiya edilib. Sonra elektrik cərrah bıçağından yararlanan həkimlər xəstəninin bədəninin 40 faizini yandırıblar.

Tibb bacıları 66 yaşlı xəstənin üzərinə su tökərək alovun qarşısını alıblar. Bir həftə sağ qalan xəstə sonra vəfat edib.

Rumuniya Səhiyyə Nazirliyi dekabrın 22-də baş verən biabırçı hadisə ilə bağlı araşdırmaya başladığını elan edib.

Nazir müavini Horatiu Moldovan bildirib ki, cərrahlar elektrik bıçaqdan istifadə edərkən spirtlə dezinfeksiyadan istifadəninin qadağan olunduğunun fərqində olmalı idilər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/300760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR