Əfqanıstanda "Taliban" silahlılarının hücumu nəticəsində 23 hərbçi və polis ölüb

Əfqanıstanda "Taliban" silahlılarının hücumu nəticəsində 23 hərbçi və polis ölüb
13:52 1 Yanvar 2020
68 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Qunduz, Bəlx və Tahar vilayətlərində  "Taliban" silahlılarının hücumu nəticəsində 23 hərbçi və polis ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, "Taliban" silahlılarının Qunduz vilayətində hərbi posta hücumu nəticəsində 8 hərbçi ölüb, 4 nəfər xəsarət alıb. Tahar vilayətinin Darkad rayonunda "Taliban" silahlılarının hücumu nəticəsində 7 hərbçi ölüb. Döyüşdə 11 silahlı öldürülüb.

"Tolo News" telekanalı isə Bəlx vilayətində postlara hücum nəticəsində 8 polisin öldüyü barədə məlumat yayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR