Roma Papası Yeni il şənliyində qadının əlinə zərbə endirib - VİDEO

Roma Papası Yeni il şənliyində qadının əlinə zərbə endirib - VİDEO
14:12 1 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, videogörüntü "CBS News" telekanalının "Twitter" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Kadrlardan görünür ki, dəmir çəpərin arxasında olan qadın Roma Papasının əlindən tutur. Roma Papası qadının hərəkətinə dərhal reaksiya verir, bir neçə dəfə digər əli ilə qadının əlinə zərbə endirir.

Dərhal olaya Roma Papasının mühafizəçiləri müdaxilə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR