Bakıda hava küləkli olacaq, dağlıq rayonlara qar yağacaq

Bakıda hava küləkli olacaq, dağlıq rayonlara qar yağacaq
14:22 1 Yanvar 2020
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  8-12° isti, Bakıda  gecə 4-6° isti, gündüz  10-12° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 762 mm  civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 % olacaq.   

Yanvarın 2-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə  yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Gündüz arabir güclənən qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 0-5° isti, gündüz  7-12°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  1-6° isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/814917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR