Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov FİDE reytinqində geriləyib

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov FİDE reytinqində geriləyib
14:52 1 Yanvar 2020
85 İdman
Ölkə mətbuatı
A- A+

FİDE yeni ilin ilk reytinq cədvəlini açıqlayıb. 

Milli.Az apasport.az-a istinadən bildirir ki, yanvar üçün müəyyənləşən siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb.

Onlardan 5-i kişi qrossmeysterdir. Milli üzvlərindən ən yaxşı göstərici yenə Şəhriyar Məmmədyarova məxsusdur. 2770 xala malik 35 yaşlı qrossmeyster ötən ayla müqayisədə 1 pillə geriləyib və 8-ci yerə enib. 

Teymur Rəcəbov da komanda yoldaşı kimi mövqeyini əldən verib. O, 2765 xalla 10-cu pilləni 11-ə dəyişib. 

6 pillə irəliləyərək, 71-ci yerə qalxan Nicat Abasov 2668 xala malikdir. Digər milli üzvü Qədir Hüseynov (2666) 3 rəqibini özündən irəli buraxmaqla, 74-cü yerdədir. Rauf Məmmədov (2659) isə "100-lüy"də 85-cidir. O, 4 pillə irəliləyib.  

Bu siyahıda Maqnus Karlsen (Norveç, 2872) birinci, Fabiano Karuana (ABŞ, 2822) ikinci, Dinq Liren (Çin, 2805) üçüncüdür. 

Qadınlar şahmatçılar arasında isə 3 təmsilçimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2455) 28-ci, Gülnar Məmmədova (2386) 77-ci və Ülviyyə Fətəliyeva (2387) 87-ci pillədədir. 

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2664) birincidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/814916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR