Prezident İlham Əliyev: Azərbaycan dövləti hər zaman vətəndaşların yanındadır

Prezident İlham Əliyev: Azərbaycan dövləti hər zaman vətəndaşların yanındadır
15:08 1 Yanvar 2020
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Məcburi köçkünlərin problemləri həll olunur. Bu il 5 mindən çox məcburi köçkün ailəsi, 800-ə yaxın şəhid ailəsi üçün yeni mənzillər, evlər tikilib.

Trend-in verdiyi məlumata görə, bu faktları Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirib.

Zəlzələdən əziyyət çəkmiş Şamaxı, İsmayıllı, Ağsu rayonlarının sakinləri üçün minlərlə ev tikildiyini qeyd edən dövlətimizin başçısı bildirib ki, bu böyük zəlzələnin fəsadlarının mütləq əksəriyyəti cəmi 10 ay ərzində aradan qaldırıldı. “Bu da unikal məsələdir, çünki bu, bizim niyyətimizi, gücümüzü göstərir. Azərbaycan dövləti və rəhbərlik bir daha göstərdi ki, hər zaman vətəndaşların yanındadır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3172134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR