Dərman kimi təsir edən ədviyyatlar açıqlandı

Dərman kimi təsir edən ədviyyatlar açıqlandı
16:05 1 Yanvar 2020
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Mətbəxdə istifadəsinə adət etdiyimiz ədviyyatların bir çoxu heç də dərmanlardan geri qalmır və insan sağlamlığına müsbət təsir göstərir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə alman tibb işçiləri "Focus.de" portalına bildirib.

Qeyd olunan həmin 7 ədviyyatı təqdim edirik:

Anis və anis yağı. Bu ədviyyat yüngül mədə-bağırsaq spazmlarını və meteorizmi aradan qaldıra bilir. Bundan başqa, anis yuxarı tənəffüs yollarının yüngül xarakterli iltihabına qarşı kömək edir, öskürək zamanı bəlğəmgətirici təsir göstərir.

Zəncəfil. Tibb işçilərinin sözlərinə görə, ondan, məsələn, yırğalanmanın simptomlarını azaltmaq üçün və ya meterorizmlə müşahidə olunan yüngül spastik mədə-bağırsaq şikayətləri zamanı istifadə etmək olar.

Cirə və cirə yağı. Ədviyyat anti-spazmotik təsirə malikdir, həzmsizlik, meteorizm zamanı dərman kimi istifadə oluna bilər.  

Sarıkök. O, öd istehsalını stimullaşdırılması və yağlı qidanın yaxşı həzm olunması üçün effektivdir.

Marjoram. Bu ədviyyat soyuqdəymə xəstəlikləri, mədə-bağırsaq şikayətləri (qarın köpü və meteorizm) və iştahsızlıq zamanı kömək edir.

Kəklikotu. Kəklikotulu çay ağız boşluğunda iltihaba meyillik, eləcə də ağızdan pis qoxu gəldiyi zaman məsləhət görülür.

Darçın. Bu ədviyyat mədə-bağırsaq traktında meteorizmlə müşahidə olunan yüngül qıcolmaya bənzər simptomları aradan qaldıra bilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/811798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı