ANAMA: Dekabrda 80, ötən il ümumilikdə 4701 partlamamış hərbi sursat zərərsizləşdirilib

ANAMA: Dekabrda 80, ötən il ümumilikdə 4701 partlamamış hərbi sursat zərərsizləşdirilib
17:27 1 Yanvar 2020
94 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Xızı, Lənkəran, Tərtər, Tovuz rayonları, BakıGəncə şəhərləri ərazisində 1 291 944 kv.m (129,19 ha) ərazi yoxlanılmış, 77 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi: 80 ədəd) aşkar edilərək zərərsizləşdirilib. ANAMA-dan "Report"a verilən məlumata görə, əməliyyatlarda 459 nəfər əməliyyat heyəti, 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
Dekabr ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 1 (bir), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 7 (yeddi), Dövlət Sərhəd Xidmətindən (DSX) - 4 (dörd), Rayon Polis şöbələrindən (RPŞ) - 2 (iki) və Rayon İcra Hakimiyyətindən (RİH) - 1 (bir) müraciət daxil olmuşdur (cəmi: 15 çağırış). Müraciətlər əsasında 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağstafa, Füzuli, Xızı, Lənkəran, Tərtər, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 6 381 kv.m ərazi yoxlanılmış, 22 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi: 23 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.
Agentlik tərəfindən 2019-cu il ərzində 9 059 900 kv.m (906 ha) ərazi yoxlanılıb, 4 637 ədəd partlamamış hərbi sursat (PHS), 32 ədəd piyada əleyhinə mina və 32 ədəd tank əleyhinə mina (cəmi: 4 701 ədəd) aşkar edilərək zərərsizləşdirilib.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/anama-dekabrda-80-oten-il-umumilikde-4701-partlamamis-herbi-sursat

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR