2019-cu ilin ƏN YAXŞI FOTOLARI

2019-cu ilin ƏN YAXŞI FOTOLARI
17:33 1 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Anadolu Agentliyinin Türkiyə və dünyanın müxtəlif coğrafiyalarından xəbər, həyat və idman kateqoriyaları üzrə təşkil etdiyi “İlin fotoları” yarışmasının nəticələri bəlli olub.

Kult.az xəbər verir ki, yarışma ilə bağlı keçirilən səsvermədə 279701 nəfər istirak edib.

Ümumilikdə sözügedən kateqoriyalar üzrə 51 fotoşəkil nümayiş olunub.

Belə ki, xəbər kateqoriyası üzrə Behçet Alkanın “Məhmədçik uşaqların üzünü güldürdü”, həyat kateqoriyasında Hüseyn Yıldızın “Bəyaz yürüş”, idman kateroqiyasında isə Mustafa Yalçının “Millilərdən əsgər salamı” adlı fotoları birinci yerə layiq görülüb.

“Məhmədçik uşaqların üzünü güldürdü” adlı fotoşəkildə Suriyanın şimalında türk əsgərinin uşaqlara şirniyyat hədiyyə etməsi,

“Bəyaz yürüş” adlı fotoşəkildə İqdır şəhərində iki məktəblinin qar üzərində addımlaması,

“Millilərdən əsgər salamı” adlı fotoşəkildə isə 2020-ci il futbol üzrə Avropa Çempionatının seçmə mərhələsində Kaan Ayhanın Fransa yığmasının qapısına qol vurmasından sonra Türkiyə yığmasının oyunçularının əsgər salamı vermələri əks olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/foto/300779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR