"Formula 1" üzrə 70-ci dünya çempionatı üçün yeni loqo hazırlanıb

"Formula 1" üzrə 70-ci dünya çempionatı üçün yeni loqo hazırlanıb
17:37 1 Yanvar 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

"Formula 1" dünya çempionatının 70 illiyi münasibətilə xüsusi loqotip hazırlayıb.
"Report"un məlumatına görə, yubiley loqotipi Yeni il gecəsində təqdim olunub. Təşkilatçılar seriyanın rəsmi emblemini müasirləşdirərək, 70 rəqəmini əlavə ediblər.
Əsas loqotipdəki kimi qırmızı rəngə boyanan rəqəm yarış trası sahəsini xatırladır. Televiziya yayımçılarına "70"i öz firma rənglərinə boyamaq hüququ verilib.
Yanvarın 6-dan loqotip "Formula 1"in bütün rəqəmsal platformalarında istifadə olunacaq. Təşkilatçılar xüsusi loqotipi "Formula 1"in yubileyinin qeyd olunması istiqamətində ilk addım kimi dəyərləndiriblər. Tədbirlər ilboyu davam edəcək.
Qeyd edək ki, 2020-ci il Azərbaycan Qran-prisi 5-7 iyunda keçiriləcək.




Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-uzre-70-ci-dunya-cempionati-ucun-yeni-loqo-hazirlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR