Azərbaycanda DƏHŞƏT: ata ev üstündə oğlunu qətlə yetirdi

Azərbaycanda DƏHŞƏT: ata ev üstündə oğlunu qətlə yetirdi
17:53 1 Yanvar 2020
24 Digər
Ölkə mətbuatı
A- A+

Göygöl rayonunda qətl törədilib.

Rayonun Nadel kəndində baş verib.

Kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov taxıl sahəsində oğlu - 1978-ci il təvəllüdlü Mahir Bayramova ov tüdəngindən 2 dəfə atəş açaraq onu qətlə yetirib.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumatlara görə, hadisəyə mülk (ev) üstə düşən mübahisə səbəb olub. Belə ki, uzun müddət ata ilə oğul arasında mübahisəyə səbəb olan evi M.Bayramov yandırıb. Bundan qəzəblənən ata isə ov tüfəngi ilə oğlunu güllələyib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/300791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR