Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları gücləndirilmiş iş rejiminə keçdi

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları gücləndirilmiş iş rejiminə keçdi
18:13 1 Yanvar 2020
20 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən bayram günlərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının tibbi yardım briqadaları bütün sutka ərzində gücləndirilmiş iş rejimində çalışacaqlar.

Bu barədə Publika.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, briqadalar lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub və bütün çağırışlar vaxtında yerinə yetiriləcək.
Bununla yanaşı, TƏBİB rəhbərliyi yerlərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarında olaraq işin təşkili ilə tanış olub və öz tapşırıq və tövsiyələrini verib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/300792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR