Avstraliyada meşə yanğınları zamanı ölənlərin sayı 17 nəfərə çatıb

Avstraliyada meşə yanğınları zamanı ölənlərin sayı 17 nəfərə çatıb
18:22 1 Yanvar 2020
55 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliyada güclü meşə yanğınları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" bildirib.
Həlak olanlar arasında yanğınları söndürən könüllülər də var.
Qeyd edilir ki, Viktoriya ştatında 4 nəfər itkin düşmüş hesab edilir.
Yeni Cənubi Uels ştatında 15 nəfər həlak olub, 175 ev yanıb, minlərlə insan yanğınlardan xilas olaraq evlərini tərk etməyə məcbur olub.
Təkcə Konjola-Parkda 31 dekabrda 89 ev və onlarla avtomobil yanıb. Çərşənbə günü ştatın ərazisində 100-dən çox alışma mərkəzi qeydə alınıb.
Dekabrın 31-də Mallakootada (Viktoriya ştatı) 4000 insan onların evinə yaxınlaşan alov səbəbindən evlərini tərk edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avstraliyada-mese-yanginlari-zamani-olenlerin-sayi-17-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR