Rus gözəli dünyanın ən varlı kişisinə ərə gedir - FOTO

Rus gözəli dünyanın ən varlı kişisinə ərə gedir - FOTO
18:23 1 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Yeni il ərəfəsində 37 yaşlı Nataliya Vodyanova 42 yaşlı fransız iş adamı Antuan Arno evlənəcəyini açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə model İnstaqramda məlumat verib.

O, sevgilisi ilə birgə fotosunu yerləşdirib və nişan üzüyünü göstərib:

“Bu il gözəl və çox yaddaqalan oldu. 2020-ci ilə hazırıq”.

Xatırladaq ki, Nataliya Vodyanova və Antuan Arno 2008-ci ildə tanış olub, onlar yalnız üç ildən sonra yaxın ünsiyyət qurmağa başlayıb. Görüşün təşəbbüskarı Antuanın özü olub. O, milyarder Bernard Arnaultun oğlu, Fransanın və dünyanın ən varlı adamlarından biridir. Arno ailəsi “Louis Vuitton Moet Hennessy” moda imperiyasına sahibdir.

“Nataliya tanışlığımızı xatırlamır. Onu ilk dəfə gördüm və çənəm boşaldı. Əlbəttə ki, o, özlüyündə gözəldir, amma Nataliyada xüsusi bir şey var, onun ətrafında fərqli bir aura gəzir” , - deyə Arno müsahibələrinin birində səmimi etiraf edib.

Qeyd edək ki, 2014-cü ilin may ayında onların ilk oğlu Maksim, 2016-cı ilin iyununda isə Roman dünyaya gəlib. Bundan əvvəl model Casstin Portmanla evli olub. Modelin ilk nikahından üç uşaq dünyaya gətirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/300786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR