Elnarə Xəlilovadan həmkarlarını qısqandıran AÇIQLAMA: “Özüm təki 2-ci biri olmayıb”

Elnarə Xəlilovadan həmkarlarını qısqandıran AÇIQLAMA: “Özüm təki 2-ci biri olmayıb”
18:43 1 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Elnarə Xəlilova 2020-ci ildə həmyaşıdları arasında ən məhsuldar müğənni olduğunu bildirib.

Publika.az xəbər verir ki, sənətçi instaqramda 2019-cu ildə həyata keçirdiyi layihələrin hesabatını verib:

“Bu, mənim Siz tamaşaçılar qarşısında şəxsən verdiyim hesabatdır. Elə bilirəm ki, bu il yaşıdlarım arasında özüm təki məhsuldar 2-ci biri olmayıb. İl başlanandan “oxumursuz”, “efirlərə çıxmırsız” adlı tənələrlə çox rastlaşdım. Özümə də, sizə də əziz tamaşaçılar, bunun belə olmadığını sübut eləməyi borc bildim və elədim də. Odur ki, özümlə qürur duyuram! Növbəti ildə əminəm ki, bundan da gözəl layihələrə imza atacağıq inşallah! Bu arada yenicə açılan "El" yaradıcılıq mərkəzini də xüsusi vurğulamaq istərdim. Çünki ona sərf etdiyim vaxta 3 klip çəkə bilərdim. İl ərzində 11 iş. Zarafat deyil. Sizi çox sevirəm, əziz izləyicilər! Unutmayın ki, illərdir sərgilədiyim iş - məhz Sizin üçündür!”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/300787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR