Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilib

Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilib
18:57 1 Yanvar 2020
48 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı böyük çoşğu ilə qeyd olunub.
"Report"un Muğan bürosu xəbər verir ki, bu münasibətlə ümumrayon tədbiri keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib, hər kəsə xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıb. RİH başçısı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söhbət açıb. Bildirib ki, ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli liderin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən biridir.
İcra başçısı habelə Heydər Əliyevin digər xidmətlərindən, dünya azərbaycanlılarının həmrəyliyinin zəruriliyindən bəhs edib.
Tədbir geniş bayram konserti ilə davam edib.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/celilabadda-dunya-azerbaycanlilarinin-hemreyliyi-gunu-ve-yeni-il-bayr

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR