"Çelsi" keçən mövsümü 128 milyon dollar itki ilə başa vurub

"Çelsi" keçən mövsümü 128 milyon dollar itki ilə başa vurub
19:12 1 Yanvar 2020
27 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin futbol klubu "Çelsi" 2018/19 mövsümünü 128 milyon dollar itki ilə başa vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, klubun bu maddi vəziyyəti "Çelsi"nin ötən mövsüm Çempionlar Liqasında oynamaması, baş məşqçinin dəyişdirilməsi (2018/19 mövsümündən əvvəl Mourisio Sarri Antonio Kontenin yerini aldı) və qapıçı Kepa Arrisabalaqinin 89 milyon, hücumçu Kristian Pulşiçin 71 milyon, yarımmüdafiəçilər Mateo Kovaçiçin 50 milyon və Jorjinyonun 63 milyon dollara ("Transfermarkt" portalının məlumatı) başa gələn transferləri ilə əlaqələndirilir.

Klubun ötən mövsüm qazancının 82 milyon dollar olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/814939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR