Gəncədə qadın toyda dünyasını dəyişib

Gəncə şəhərində toyda bədbəxt hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə şəhərdə yerləşən "Dan Ulduzu" restoranında qeydə alınıb.

Toy zamanı 1946-cı il təvəllüdlü Gülcahan Süleymanovanın halı qəfil pisləşib və qadın dünyasını dəyişib.

İlkin məlumata görə, yaşlı qadın ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR