Karotinoidlərlə zəngin məhsullar xərçəngdən qoruyur

Karotinoidlərlə zəngin məhsullar xərçəngdən qoruyur
20:32 1 Yanvar 2020
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Karotinoidlərlə zəngin məhsullarla qidalanmaq döş xərçəngi xəstəliyinin yaranma riskini yetəri qədər aşağı salır. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "MedikForum.ru" portalı yazıb.

Bundan əlavə, mütəxəssilər hesab edir ki, karotinoidlər orqanizmi həm də dəri və ağciyər xərçəngindən qoruya bilər.

Karotinoidlər əsasən qırmızı, narıncı və sarı rəngli məhsulların tərkibində olur, baxmayaraq ki, bəzi yaşıl yarpaqlı tərəvəzlər də onların yaxşı mənbəyidir.  

Kök, şirin kartof, balqabaq, pomidor, tomat pastası və ya pomidor şirəsi, qreypfrut, şaftalı, göyəm, quru ərik, Avropa firəngüzümü və qaragilə beta-karotin və ya likopin kimi karotinoidlərlə zəngin məhsullardır.

Narıncı bibər, şirin qarğıdalı, qara üzüm, xurma, brokkoli və ispanaq və avokado isə ksantofil karotinoidlərlə zəngin məhsullar sırasında daxildir. 

Xərçəngdən qorunmaq üçün optimal qidalanmaya hər iki qrupa aid məhsulları daxil edin.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/813491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR