Sabahdan ölkə ərazisində hava soyuyacaq

Sabahdan ölkə ərazisində hava soyuyacaq
20:43 1 Yanvar 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

Bir necə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan yanvarın 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin saniyədə 15-18 metrdən arabir 20-23 m/s-dək güclənəcəyi, cişkin olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva Publika.az-a bildirib ki, yanvarın 4-ü gündüzdən yanvarın 5-i gündüzədək arabir yağış yağacağı gözlənilir.

"Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, yanvarın 2-si axşamdan yanvarın 5-i gündüzədək hava şəratinin qeyri-sabit kecəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 2-də və 3-də gündüz qərb küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var", - deyə o bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/300797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR