Yeni ili xəstəxanada uşaqlarla qarşıladı

Yeni ili xəstəxanada uşaqlarla qarşıladı
22:05 1 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış rok ifaçısı, yardıma ehtiyacı olan insanlara daim kömək edən Haluk Levent bu dəfə də ənənəsini pozmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, musiqiçi Türkiyədə xəstəxanada müalicə olunan Arda və Semih adlı yeniyetmələri ziyarət edib, onlar üçün mahnı ifa edib. Həmin anın görüntülərini şəxsi tvitter hesabında paylaşan rokçu : "Söz vermişdim. Bir az əvvəl Semih və Arda ilə Yeni ili qeyd etdik. Onların vəziyyətində olan bütün uşaqlarımızın Yeni ilini təbrik edirəm"-yazıb.

Xatırladaq ki, Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən 22 yaşlı azərbaycanlı Sura Nadirovaya yardım məqsədilə ötən ilin dekabrda Bakıda konsert verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR