"Siçan" ilində sizi bu sürprizlər gözləyir...

"Siçan" ilində sizi bu sürprizlər gözləyir...
22:22 1 Yanvar 2020
179 Maraqlı
Ölkə mətbuatı
A- A+

Artıq 2020-ci ilə qədəm qoymuşuq, şərq təqviminə görə, Ağ Metal Siçanın təhvil aldığı il  müsbət hadisələr vəd edir. Bu heyvan hazırcavablıq, əzmkarlıq, fəallıq və məqsədyönlülük  simvolu hesab olunur.  Bəs, "siçan" bürclərə nələr vəd edir?

Milli.Az qafqazinfo-ya istinadən bu məqamda proqnozları təqdim edir:

Qoç 

Eyni anda bir neçə problemi həll etməli olacaqlar. Əzm və qətiyyət göstərərək çətinliklərin öhdəsindən gələcəklər. Onlarda həyata sıfırdan başlamaq, bir daha eşq yaşamaq, yeni bir iş öyrənmək istəyi olacaq. Bu təşəbbüslərini yarı yolda saxlamasalar, onları uğur gözləyir.

Buğa

2020-ci ilin əvvəlində iş yerlərini və ya yaşayış yerlərini dəyişdirmək imkanı əldə edəcəklər. Bu bürcün nümayəndələri xərclərində daha diqqətli olmalıdır. Ümumiyyətlə, 2020 buğalar üçün  müsbət dəyişikliklər və yeniliklər ilidir.

Əkizlər 

Bu il spontan səyahətlər, məntiqsiz qərarlar almağı dayandırmalıdırlar. Reallığı asanlıqla qəbul etmək, özünü və reaksiyalarını müşahidə etməyi, bəzi məqamlarda təmkinli olmağı öyrənməlidirlər. Bu ili əkizlər üçün sevgi ili hesab etmək olar. 

Xərçəng

İş yerində münasibətlər kəskinləşə bilər. Mübahisələrin ortasında qalmamaq üçün səbirli olmaq lazımdır. 2020-ci il sağlam münasibətlər və övlad sahibi olmaq üçün uyğundur.

Şir

Şir bürcündən olanlar qarşılıqlı münasibət qurmağı bacarır. Ağ Siçan ili bu bürc altında doğulan biznesmenlərə və öz işini quran insanlara uğur gətirəcək.

Qız
Qarşıya məqsəd qoysalar, qələbə naminə bütün çətinlikləri geridə qoyarlar. Yeni ilin ilk ayları əsl sevgini tapmaq üçün sizə  fürsətlər yaradacaq. 

Tərəzi

Onları gəlirli, aktiv iş həyatı gözləyir. Bu il tərəzilərə bütün işlərində hərtərəfli dəstək vəd edir.

Əqrəb

Bu il öhdənizə düşən sınaqları təbəssüm və özünəinamla qarşılayın. Bu, sizə problemlərin öhdəsindən gəlməyə kömək edəcək.

Oxatan

Sakit qalmağı bacaranlar istənilən mövqeyə asanlıqla çatacaqlar. Ciddi münasibətdən qorxmayan. Bu il oxatanları xoşbəxt ailə həyatı gözləyir. Başqa ölkəyə köçmək, ailə və uşaqlar barədə düşünməyə başlamaq üçün gözəl vaxtdır.

Oğlaq

2020-ci ildə bu bürcün kişi və qadın nümayəndələri tək olmayacaq. Yayın əvvəlinə qədər maddi vəziyyət xeyli yaxşılaşacaq, xəyallarınız reallaşmağa doğru gedəcək.

Dolça

Dolçalar üçün təmiz və isti bir il olacağı gözlənilir. Yaz aylarına qədər gözəl bir sevgi ilə qarşılaşacaqsınız. 

Balıq

Balıq bürcündən olanlar üçün 2020-ci il istirahət etmək, yatmaq, heç nə etməmək arzusu ilə başlayacaq. Vaxt keçirmək üçün münasib zaman deyil, Siçan Metal ili belə deyir. 

Ümumilikdə isə 2020-ci ilin ikinci yarısı hər kəsə həyatının bir çox sahəsində ciddi dəyişikliklər vəd edir.  Bundan başqa, siçan hiyləgər və intiqam almağa meylli heyvandır, buna görə də bütün ili ayıq olmaq lazımdır.  Eyni zamanda, Şərq təqviminə görə yeni dövr başlayır, bu il yeni kəşflər üçün əlverişlidir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR