Çöldə tufandır, avtobusun içində nə baş verir? -

Rusiyanın Norilsk şəhərinin 20-dən çox sakini ağlasığmaz vəziyyətə düşüb. Onlar güclü küləklə və qarla dolu avtobusda yarım saat oturublar. Sərnişinlərdən biri çəkdiyi videonu "Vesti.ru"ya göndərib.

"30 dekabr, 35 nömrəli marşrut. Daldıkanda dayanmışıq. Külək qarışıq qar üzümüzə vurur. Bu şəraitdə insanlar gözləyir, başa düşmürəm nəyi", - deyərək sərnişin qeyd edir.

Əvvəlcə məlumat yayılmışdı ki, avtobus fırtına zamanı yolda xarab olub və sərnişinlər güclü qarla üzləşiblər. Daha sonra vəziyyətlə tanış olan mənbələr qəzadan sonra yolda böyük tıxacın yarandığını deyiblər.

Amma videodan başa düşmək olmur ki, çöldə yağan güclü qar avtobusun içinə necə dolub.


(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR