Günün ulduz falı - 2 YANVAR

Günün ulduz falı - 2 YANVAR
00:13 2 Yanvar 2020
154 Maraqlı
Ölkə mətbuatı
A- A+

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Ürəyinizə pis şeylər damacaq. Təəssüf ki, onlar tam əsassız deyil. Bu gün çoxlu çətinliklər gözlənilir. Hər şeyin öhdəsindən gəlmək olar. Lakin problemləri bir-birinin ardınca fasiləsiz həll etmək çox yorucudur. Üstəlik, bel bağlayası heç kimininiz yoxdur. Yalnız öz gücünüzə arxalanmalısınız.

Buğa - Bu gün bütün sahələrdə özünüzü təkmilləşdirmək üçün əlverişlidir. İmicinizlə bağlı eksperimentlər edin, xarici dil öyrənin, xarakterinizin tərəflərini üzə çıxarın və s. Ulduzlar həyatına yenilik gətirmək istəyənləri dəstəkləyəcək.

Əkizlər - Vacib işləri bu günə planlaşdırmağa dəyməz. Mənfi tendensiyaların təsiri güclüdür və bu, uğursuzluğa səbəb ola bilər. Çətin vəziyyətdən qalib kimi, yalnız çətinliklərdən qorxmayan və açılmayan qapını dəfələrlə döyməyə hazır olan adamlar çıxa biləcəklər. İstənilən məqsədə çatmaq üçün böyük enerji sərfi tələb olunur. Yalnız həyat potensialının yüksək olması sayəsində səhhətlə bağlı problemlərdən yayınmaq mümkündür.

Xərçəng - Pul xərcləməyin. Bu gün cibinizdəki pullarla çox asanlıqla ayrılacaq, lakin bir neçə gündən sonra sadəlövhlüyünüzə görə təəssüflənəcəksiniz. Əgər bu günə səfər təyin etmisinizsə, təşkilati məsələlər üçün vaxtınıza heyfiniz gəlməsin. Natamam hazırlıq ciddi problemlərə səbəb ola bilər.

Şir - Səbrinizi toplayın. Əlverişli mərhələ yaxındır. Lakin təəssüf ki, o, bu gün başlamayacaq. Hələlik isə maneələri aşmalı, bədxahlarınızla mübarizə aparmalı olacaqsınız. İşdə həmkarlarınızla fikir ayrılıqları döyüş ruhunuzu bir qədər azaldacaq. Belə bir "dəstək qrupu" ilə nəyəsə nail olmağın mümkünlüyündən şübhələnməyə başlayacaqsınız.

Qız - Ulduzlar hələ də sizin tərəfinizdədirlər. Dünən çatdıra bilmədiyiniz işləri bu gün müvəffəqiyyətlə başa vura biləsirinz. Bundan başqa, gün işgüzar təmaslar, əməkdaşlığın müzakirəsi üçün münasibdir. Siz hər şeydə haqlı olduğunuza istənilən həmsöhbətinizi inandırmağa qadirsiniz. Hətta ən inadcıl opponent də bu gün fikrinizi dinləyəcək.

Tərəzi - Gün çoxsaylı çətinlik və sınaqlar gətirəcək. Gününüz çətin keçəcək. Sevindirici bircə şey var - yanınızda bel bağlanası adamlar yox deyil. Yaxınlarınızla qarşılıqlı anlaşma qaydasında olacaq, həmkarlarınız köməklik göstərməkdən imtina etməyəcək, hətta təsadüfi tanışlarınız da imkan düşdükcə sizi dəstəkləyəcəklər.

Əqrəb - Ətrafdakılara diqqətlə nəzər yetirmək lazımdır. Bu gün düzgün müttəfiqlərdən yararlanmaqla böyük uğurlar əldə etmək olar. Lakin planlarınızı yalnız etimadınızı qazanan insanlarla bölüşün. Çünki başqalarının ideyalarını özününküləşdirməyə hazır olan adamların sayı olduqca çoxdur.

Oxatan - Səfərlər uğursuzluq vəd edir. İşgüzar görüşlər də ümidlərinizi doğrultmayacaq. Maliyyə mənzərəsi kədərlidir. Başa düşəcəksiniz ki, son vaxtlar imkanlarınızı, olduğundan yüksək qiymətləndirmisiniz. İş yerini dəyişmək və ya uzunmuddətli müqavilələr imzalamaq üçün əlverişsiz gündür.

Oğlaq - Güc toplamaq və bütün sahələri nizama salmaq üçün münasib olan sakit gündür. Bu gün sizdən nə iş hünəri, nə də məsuliyyətli qərarlar gözlənir. Ona görə də cari işləri sakitliklə görmək və gələcək barədə düşünmək olar. "Lazımlı" adamlarla görüşlər, istənilən ilkin razılaşmalar üçün pis gün deyil.

Dolça - Yaxınlarınızla istənilən söhbəti ciddi tonda aparmaq lazımdır. Bu gün zarafatların düzgün başa düşülməyəcəyi ehtimalı var. Pul üstündə mübahisələr istisna olunmur. Bu məsələdə bir qədər güzəştə getmək pis olmaz.

Balıqlar - Siz bu çətin gündə qarşısına qoyduğu məqsədlərə çata bilən azsaylılara aidsiniz. Hər şey sizin inadkarlığınızdan asılıdır. Hamının və hər şeyin əleyhinizə olduğu bir vaxtda da təslim olmursunuz. Bu, effektli taktikadır. Lakin bununla özünüzə düşmən qazanmaq riskinə gedirsiniz. / Milli.Az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/qoroskop/300805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR