Bakıda evdən pul və 7000 manat dəyərində qızıl əşyaları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər BPİ CAİ və Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 1-də Bakı şəhər sakini olan bir qadının pulunu və 7000 manat dəyərində qızıl əşyalarını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini R.Musayev saxlanılmışdır.