ABŞ-ın Davos forumundakı nümayəndə heyətinə Stiven Mnuçin başçılıq edəcək

ABŞ-ın Davos forumundakı nümayəndə heyətinə Stiven Mnuçin başçılıq edəcək
05:52 2 Yanvar 2020
85 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Ümumdünya İqtisadi Forumda Birləşmiş Ştatların nümayəndə heyətinə başçılıq edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.
Məlumata görə, forum yanvarın 21-dən 24-dək keçiriləcək.
Birləşmiş Ştatların nümayəndə heyətinin tərkibinə həmçinin ticarət naziri Uilbur Ross, ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer, prezidentin böyük müşaviri Cared Kuşner daxildir.
Tramp ötən il də Ümumdünya İqtisadi Forumunda iştirakını ləğv etməyə məcbur olub. Buna səbəb ABŞ-dakı büdcə böhranı olub. Böhran nəticəsində federal hokümətin işi qismən dayandırılmışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-davos-forumundaki-numayende-heyetine-stiven-mnucin-basciliq-ed

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR