Bakı. Trend:
Ankarada çoxmərtəbəli binanın avtomobil dayanacağında yanğın baş verib.
Trend-in məlumatına görə, hadisə Altındağ rayonunda qeydə alınıb.
Hadisə yerinə çox sayda yanğınsöndürən və polis əməkdaşları cəlb edilib.
Yanğın səbəbindən 13 mərtəbəli binanın sakinləri təxliyə edilib. İki avtomobilin yararsız hala düşdüyü qeyd olunur.
Yanğının səbəbi araşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin