Barlarda və gecə klublarında atışma - Yeni il gecəsi ABŞ-da 10 nəfər öldü

Barlarda və gecə klublarında atışma -  Yeni il gecəsi ABŞ-da 10 nəfər öldü
09:22 2 Yanvar 2020
27 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın şəhərlərində Yeni il gecəsində baş verən atışma zamanı ən azı 10 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "USA Today" qəzeti bildirib.

Məlumata əsasən, atışmalar əsasən barlarda və gecə klublarında baş verib. Belə ki, Orlando (Florida ştatında) şəhərindəki gecə klubunda şənlik zamanı atışmada iki nəfər ölüb. Daha iki nəfər Texasdakı bir klubda həlak olub.

ABŞ-ın Virciniya ştatında barda atışma zamanı 7 nəfər yaralanıb. Atışma nəticəsində Sent-Luis (Missuri ştatl) və Filadelfiyada (Pensilvaniya ştatı) bir neçə nəfər də həlak olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR