Ankarada avtodayanacaqda yanğın - 13 mərtəbəli binanın sakinləri təxliyə edilib

Ankarada avtodayanacaqda yanğın - 13 mərtəbəli binanın sakinləri təxliyə edilib
10:12 2 Yanvar 2020
44 Dünya
Ölkə mətbuatı
A- A+

Ankarada çoxmərtəbəli binanın avtomobil dayanacağında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Altındağ rayonunda qeydə alınıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən və polis əməkdaşları cəlb edilib.

Yanğın səbəbindən 13 mərtəbəli binanın sakinləri təxliyə edilib. İki avtomobilin yararsız hala düşdüyü qeyd olunur.

Yanğının səbəbi araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR