Avropanın yeməyə ən çox pul xərcləyən ölkələri: TOP 10

Avropanın yeməyə ən çox pul xərcləyən ölkələri: TOP 10
10:17 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Gündəlik xərclərimizə yemək, nəqliyyat, əyləncə, mədəni istirahət, alkoqollu içki və tütün məmulatları və s. daxildir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, RİA "Novosti"nin analitikləri müxtəlif ölkələrin əhalisinin yeməyə nə qədər pul xərclədiyini araşdırıblar. Ayrı-ayrı ölkələrdə bu göstərici fərqli olub. Məsələn,  əgər Rumıniya əhalisinin xərclərinin üçdən biri yeməyin payına düşürsə, ukraynalıların xərclərinin yeməyə sərf olunan payı 50% təşkil edir. Xərclərin yeməyə sərf olunan ən az payı isə 8,4% olmaqla Lüksemburq əhalisindədir. Niderland və Böyük Britaniyada xərclərin ərzağa sərf olunan payı 10,6%, İrlandiyada 11,5%, Finlandiyada isə 11,7% təşkil edir.

Beləliklə, tədqiqatın nəticəsini təqdim edirik:

1. Ukrayna

Xərclərin yeməyə sərf olunan payı: 50 %

2. Qazaxıstan

Xərclərin yeməyə sərf olunan payı: 47.6%

3. Moldova

Xərclərin yeməyə sərf olunan payı: 43.8%

4. Şimali Makedoniya

Xərclərin yeməyə sərf olunan payı: 37.8%

5. Bolqarıstan

Xərclərin yeməyə sərf olunan payı: 36.5%

6. Belorus

Xərclərin yeməyə sərf olunan payı: 36.3%

7. Serbiya

Xərclərin yeməyə sərf olunan payı: 34.3%

8. Rumıniya

Xərclərin yeməyə sərf olunan payı: 33.3%

9. Litva

Xərclərin yeməyə sərf olunan payı: 31.5%

10. Rusiya

Xərclərin yeməyə sərf olunan payı: 30,2%

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR