Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət məşhur qrup BAKIDA konsert verəcək - FOTO

Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət məşhur qrup BAKIDA konsert verəcək - FOTO
10:18 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət olan, müxtəlif mədəniyyət və coğrafiyalardan gəlmələriylə əlaqələndirilərək adlarını "No Land" qoyan məşhur qrup ilk dəfə Bakıda konsert verəcək.

Publika.az xəbər verir ki, konsert yanvarın 10-da Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində baş tutatacq.

Məlumat üçün bildirək ki, “No Land” qrupu 2012-ci ildə Sahand Lesani, Mehmet Akif Ersoy və Kamil Hacıyev tərəfindən yaradılıb. Daha sonra qrupa Çağatay Vural, Can Kalyoncu, Hazal Akkerman, Yağız Nevzat İpek və Oğuzcan Bilgin qoşulub.

2016-cı ildə “No Land” ilk albomu olan "Aramızda "nı buraxıb. Türk və azərbaycan dilində mahnılardan ibarət albomdakı əsərlərin sözləri Vüqar Hasani və Kamil Hacıyevə aiddir. Bu albomdakı tək "cover" Azərbaycan sənətçisi Azər Cırttan Məmmədovun "Niyə belə uzundur bu yollar" mahnısıdır.

İkinci albom olan "Pusulası Kaybolmuş" 6 fevral 2019-cu ildə virtual platformalarda nümayiş olunub. Bu albomda ümumilikdə 8 olmaqla türk, azərbaycan, fars və rus dillərində mahnılar var. İlk albomda olduğu kimi, bəstələrin sözlərini Kamil Hacıyev və Vüqar Hasani yazıb.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/300819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR